Aİ Gürcüstandakı etirazları Ermənistandan maliyyələşdirir
Bu barədə "Sputnik Armenia" Rusiyanın Xarici Kəşfiyyat Xidmətinə istinadən yazır

"Sputnik Armenia" yazır ki, Rusiya Xarici Kəşfiyyat Xidmətinin mətbuat bürosunun məlumatına görə, Avropa İttifaqı Gürcüstanda hökumət əleyhinə etirazları gücləndirməyə, o cümlədən etirazçıları maliyyələşdirməyə çalışır.
“Gürcüstanda küçə etirazlarını inkişaf etdirməyə cəhdlər edilir ki, bu da “sadə gürcülər arasında Avropayönlü baxışların sabitliyinə sübut” olmalıdır".
Xidmət aydınlaşdırıb ki, əgər Gürcüstan hakimiyyəti təxribatçı aksiyaların maliyyələşdirilməsi kanallarını bağlamağa çalışarsa, Avropa Aİ-nin Ermənistandakı səfirliklərindən Tbilisiyə valyuta çatdırılması variantını araşdırar.