İran Prezidenti İbrahim Rəisinin və xarici işlər naziri Hüseyn Əmir Abdullahianın ölümünün rəsmi elanından dərhal sonra İran hökuməti fövqəladə iclas keçirir.
İran hökuməti Prezident İbrahim Rəisinin ölümünün Nazirlər Kabinetinin işinə təsir etməyəcəyini bəyan edib.
Bu barədə IRNA agentliyi məlumat yayıb.
Qeyd edək ki, İran Prezidenti İbrahim Rəisinin helikopteri İran-Azərbaycan sərhədindən çox da uzaq olmayan Verzeqan şəhəri yaxınlığında sərt eniş edib. Qəzada bütün sərnişinlər və ekipaj üzvləri həlak olub.