Dağıstanda 49 ev hələ də su altında qalır
İnsan tələfatı ilə müşayiət olunan aramsız yağışlar respublikada bir çox fəsadlar yaradıb
Dağıstanda su altında qalan yaşayış binalarının sayı 49-a düşüb.
TASS agentliyə istinadən xəbər verir ki, "İki bələdiyyədə və iki yaşayış məntəqəsində 49 yaşayış binası, 52 bağ sahəsi və üç yol hissəsi su altında qalıb".
Dağıstanda su basmış evlərin sayı 49-a düşüb. 169 uşaq da daxil olmaqla 546 nəfər müvəqqəti yaşayış yerlərindədir.
Güclü yağışların yaratdığı daşqınlar 2026-cı ilin mart ayının sonlarında başlayıb və son illərin ən dağıdıcı daşqınlarından biri olub.
Daşqın nəticəsində üç uşaq da daxil olmaqla altı nəfər həlak olub. Fəlakətin səbəbləri təbii amillərin və antropogen təsirlərin kombinasiyasıdır.
1 dəqiqədən az