XƏBƏRLƏR / Qonşular

Paşinyan bir sıra vacib bəyanatlarla çıxış edib

Baş nazir Rusiyanın destruktiv rolu və Katolikosluğun aqibəti haqda açıq danışıb

Paşinyan bir sıra vacib bəyanatlarla çıxış edib
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Ermənistanın baş naziri Nikol Paşinyan keçirdiyi brifinqdə kəskin bəyanatlar verib. 

    "Rusiyada aşağıdakı məntiqlə idarə olunan müəyyən dairələr var:

    Ermənistan, Türkiyə və Azərbaycan arasında sülh onlar üçün əlverişsizdir, çünki bu, Ermənistanı tam müstəqil dövlətə çevirəcək. Düşmənçilik davam edərsə, Ermənistan Rusiyaya daha da qısınmaq məcburiyyətində qalacaq."

    "Katolikosluğun Ermənistandan çıxarılmasına icazə verməyəcəyəm.

    Ermənistan xaricində Yepiskoplar Şurasının çağırılması təşəbbüsü Erməni Apostol Kilsəsinin Katolikosluğunu Ermənistan Respublikasından çıxarmaq, onun kukla təbiətini müəyyən qüvvələrin əlində gücləndirmək və ondan Ermənistan Respublikasına qarşı bir vasitə kimi istifadə etmək məqsədi daşıyır."