Rusiyalı oliqarx Ermənistanın baş nazir postuna namizəd oldu
Hal hazırda ev dustağı olan Samvel Karapetyan yenicə yaranmış "Güclü Ermənistan" partiyasının namizədi oldu
Samvel Karapetyan "Güclü Ermənistan" partiyasının Ermənistan Baş naziri vəzifəsinə namizədi elan edilib.
Xatırladaq ki, Karapetyan hazırda Erməni Apostol Kilsəsini dəstəklədiyini bildirdiyinə görə rejim dəyişikliyinə çağırış ittihamı ilə ev dustaqlığındadır.
Partiyanın qurultayı 11 fevralda baş tutub. Qurultayda sədr və şura seçilib.
Namizədin adı "Bizim Yolumuz" hərəkatının koordinatoru Samvel Karapetyanın qardaşı oğlu Narek tərəfindən açıqlanıb. Namizədi təqdim edən Narek onun yeni, lakin təcrübəli lider olduğunu vurğulayıb.

"Biz güclü dünya üçün iqtisadi və təhlükəsizlik alternativlərini təmsil edirik", - Narek Karapetyan bildirib.
O, həmçinin vəd etdi ki, seçkilərdə qalib gəldikdən sonra partiya dərhal Ermənistan Respublikasının istənilən vətəndaşının baş nazir olmaq imkanına malik olacağı qanunu qəbul edəcək.
Qeyd edək ki, Erənistan qanunvericiliyinə görə xarici ölkə vətəndaşı seçkidə iştirak edə bilməz.
Ermənistan Respublikası Konstitusiyasının 148 və 48-ci maddələrinə əsasən, Ermənistan Respublikasının Baş naziri iyirmi beş yaşına çatmış, son dörd il ərzində Ermənistan Respublikasının vətəndaşı olan, son dörd il ərzində Ermənistan Respublikasında daimi yaşayan, səs vermək hüququna malik və erməni dilini bilən şəxs ola bilər.
Namizədi hərbi canilər Robik Köçəryan və Serjik Sarkisyanın media orqanları da dəstəkləyiblər. Lakin bütün rusiyapərəst qüvvələr Samvel Karapetyanın rəhbərliyi ilə şeçkilərə getmək haqda hələ qərara gəlməyiblər. Karapetyanın "Güclü Ermənistan" partiyasının qeydiyyatdan keçəcəyi inandırıcı görünmür.
Ermənistanda parlament ancaq proporsianal qaydada formalaşır və seçkilərdə yalnız partiya və hərəkatlar iştirak etmək hüququna malikdilər.
2 dəqiqə