XƏBƏRLƏR / Qonşular

İrəvan Cənubi Qafqazda sülhün möhkəmləndirilməsinə sadiqdir

Bunu Ermənistan Prezidenti Vaaqn Xaçaturyan Aşqabadda bəyan edib

İrəvan Cənubi Qafqazda sülhün möhkəmləndirilməsinə sadiqdir
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Ermənistan Prezidenti Vaaqn Xaçaturyan Aşqabadda keçirilən "Beynəlxalq Sülh və Etimad İli 2025" forumunda bildirib ki, Ermənistan hökuməti Cənubi Qafqazda sülhün möhkəmləndirilməsinə sadiqdir.

    Ermənistan mediasının məlumatına görə, forumda çıxış edən Xaçaturyan Vaşinqtonda Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin paraflanmasını və TRIPP layihəsini xatırladıb və xarici həmkarlarını regionda davamlı sülh və təhlükəsizliyin bərqərar olması prosesinə dəstək verməyə çağırıb.