XƏBƏRLƏR / Qonşular

Samvel Babayan: Küçədən gələn ondan yaxşı baş nazir olacaq

Bunu Qarabağdan qovulmuş qondarma “Artsax təhlükəsizlik şurasının keçmiş katibi” Nikol Paşinyan barədə deyib

Samvel Babayan: Küçədən gələn ondan yaxşı baş nazir olacaq
  • Oxuma müddəti:

    1 dəqiqə

  • “Bəli, Ermənistanın baş naziri getməlidir. Serj Sarkisyan prezident olanda onun əvəzedilməz olduğunu deyirdilər. İndi Nikol da əvəzolunmaz hala gətirildi. Küçədən gələn hər kəs ondan daha yaxşı baş nazir olacaq”. Bunu Qarabağdan qovulmuş qondarma “artsax təhlükəsizlik şurasının keçmiş katibi”, Xocalı soyqırımını törədənlərdən biri - Samvel Babayan Ermənistan KİV-nə açıqlmasında deyib.

    “Biz strateji qərar verməliyik: Ermənistan siyasətini hansı istiqamətdə aparır? Qərb Türkiyə-Qafqaz-Orta Asiya logistika marşrutlarını Rusiyanın nəzarətindən çıxarmaq və İranın təsirini zəiflətmək istəyir.
    Bunu biz seçirik? Yoxsa biz İran-Ermənistan-Gürcüstan-Rusiya oxunu formalaşdırırıq? Nə seçirik? Mən siyasi qərar qəbul etməyi və yeni seçkilərə getməyi təklif etdim. Deputatlar mandatlarından imtina etməli, öz baxışlarını cəmiyyətə təqdim etməlidirlər. Hansı yolu seçdiyimizi hələ də bilmirik: birinci, yoxsa ikinci. Biz fraqmentli delimitasiya aparırıq. Mən bu işdə iştirak etmirəm və heç kimə qarışmıram”, - deyə Babayan əlavə edib.

    O, əmin edib ki, “Meğri anklavı” deyə bir şey yoxdur, lakin Meğri boyunca Ermənistanın suveren ərazisindən daha asan tranzit marşrutu var, onun fikrincə, İran buna qarşıdır.

    “Biz suveren dövlətdən danışırıq, amma qonşumuz ərazimizdən özünün “qırmızı xətti” kimi danışır. Bu necə mümkündür? Yəni biz suverenik, amma ərazimiz başqası üçün “qırmızı xətt”dir? Əgər biz Qərb yolu ilə gediriksə, yol tranzitini necə təmin etdiyimizi başa düşməliyik. Kalininqrad variantı ilə gedirik, yoxsa başqa variantla? Ermənistan hansı vektoru seçirsə, “artsax” məsələsi də buna uyğun həll olunacaq”, - Babayan qeyd edib.