"İranla Ermənistanın münasibətlərində düşmənlər var"
Bunu Ayətullah Xamenei Tehranda Ermənistanın baş naziri Paşinyanı qəbul edərkən deyib
Molla rejiminin ruhani lideri Ayətullah Xamenei Tehranda səfərdə olan Ermənistan baş naziri Nikol Paşinyanı qəbul edib.
Görüş zamanı Xamneyi deyib: "Mərhum prezidentimizin Ermənistanın sərhəd problemlərinə böyük həssaslığı var idi və bu həssaslıq və diqqət bundan sonra da nəzərə alınmalıdır. İranın Ermənistanla əlaqələri genişləndirmək siyasəti cənab Möhbərin rəhbərliyi altında davam edəcək. İranla Ermənistanın münasibətlərində düşmənlər var, ona görə də hər iki ölkəyə təsir edən məsələlər çox diqqətlə həll edilməlidir".