Türkiyənin paytaxtı Ankaranın Kızılcahamam səmtinin Şahinlər məhəlləsi yaxınlığında meşə yanğını baş verib.
Bu barədə Türkiyə KİV-i xəbər verir.
Məlumata görə, əraziyə iki yanğınsöndürən helikopter yönəldilib. Alovun yayılmasının və ətraf məhəllələrə keçməsinin qarşısını almaq üçün qruplar yanğına havadan və qurudan müdaxilə edir.
Ankara-Bolu sərhədində başlayan yanğın daha sonra Bolunun Gerede rayonundakı meşəlik əraziyə keçib. Yanğın səbəbindən Dəmirlər kəndi ehtiyat tədbiri olaraq boşaldılıb.
Yanğınsöndürmə işləri davam edir.