XƏBƏRLƏR / Qonşular

Məşhəd sakinləri ayağa qalxdı: kütləvi etiraz aksiyası FOTO

Şəhərin müxtəlif küçələrində yürüşlər təşkil edilib

Məşhəd sakinləri ayağa qalxdı: kütləvi etiraz aksiyası FOTO
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Bu gün Tehrandakı etirazlardan sonra İranın Məşhəd şəhərində də etiraz aksiyaları başlayıb. Sahibkarlar kütləvi şəkildə mərkəzə toplaşaraq etirazlarını nümayiş etdirirlər.

    Məlumatlara görə, insanlar sosial və iqtisadi narazılıqlarını səsləndirir, şəhərin müxtəlif küçələrində yürüşlər təşkil edirlər. 

    Etirazlar Məşhəd şəhərində ictimai gərginliyin artmasına səbəb olub. Aksiyalara müdaxilə edən repressiv qüvvələr nümayişçilərə qarşı gözyaşardıcı qazlardan istifadə ediblər. Etirazların genişlənəcəyi ehtimalı yüksəkdir.