XƏBƏRLƏR / Qonşular

Saakaşvili əfv edilməyəcək

Bunu Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili bildirib

Saakaşvili əfv edilməyəcək
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili hazırkı Gürcüstan Prezidenti Mixail Kavelaşvilinin təklif etdiyi siyasi opponentlərin əfvi kontekstində əfv edilməyəcək.

    Rusiya KİV-i xəbər verir ki, bu barədə bu gün keçirilən brifinqdə Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili bildirib.

    Onun sözlərinə görə, əfv Saakaşviliyə şamil edilmir, çünki o, Ukrayna vətəndaşıdır.

    "Ukrayna vətəndaşının Gürcüstanda seçkilərdə iştirakı yolverilməzdir", - Ş.Papuaşvili vurğulayıb.

    Xatırladaq ki, səkkiz gürcü müxalifət partiyasının lideri parlamentin müvəqqəti istintaq komissiyasının iclasına ifadə vermək üçün gəlməkdən imtina etdiklərinə görə məhkəmə tərəfindən yeddi-səkkiz ay müddətinə həbs olunublar.

    Ötən həftə M.Kavelaşvili bildirimişdi ki, əgər onlar ərizə ilə Prezidentə müraciət etsələr və oktyabrda keçiriləcək yerli seçkilərdə iştirak etsələr, bu siyasətçiləri əfv etməyə hazırdır.