XƏBƏRLƏR / Qonşular

Rusiyanın Baş naziri Ermənistana işgüzar səfərə gedəcək

Bu barədə Rusiya Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb

Rusiyanın Baş naziri Ermənistana işgüzar səfərə gedəcək
Mixail Mişustin
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Rusiyanın Baş naziri Mixail Mişustin oktyabrın 1-də Ermənistana işgüzar səfərə gedəcək.

    Bu barədə Rusiya Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb.

    Rusiyanın Baş naziri Avrasiya Hökumətlərarası Şurasının 40-cı iclasında və Avrasiya İqtisadi Forumunun plenar iclasında iştirak edəcək.

    Qeyd olunub ki, Mişustin Ermənistan, Belarus, Qazaxıstan və Qırğızıstandan olan həmkarları ilə birlikdə Avrasiya İqtisadi İttifaqı çərçivəsində inteqrasiyanın dərinləşdirilməsinin aktual məsələlərini müzakirə edəcək, daxili bazarların fəaliyyətinə, sənaye, nəqliyyat, gömrük-tarif, kənd təsərrüfatı və enerji sektorlarında qarşılıqlı əlaqənin inkişafına xüsusi diqqət yetirəcək.

    Avrasiya İqtisadi Forumu üçüncü dəfədir ki, keçiriləcək. Onun əsas mövzusu “Aİİ-nin 10 ili: perspektivlər və prioritetlər”dir. Rusiya baş nazirinin çıxışı müasir reallıqlarda rəqəmsallaşmaya həsr olunacaq.