Ərdoğan DEM Partiya heyətiylə PKK tərksilahından danışıb
Bu barədə Türkiyənin NTV kanalı xəbər yayıb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada DEM Partiya heyətini qəbul edib.
NTV xəbər verir ki, görüşün gündəmində əsas məsələ “Terrorsuz Türkiyə” prosesinin ən mühüm mərhələsi olan PKK-nın tərksilah edilməsidir.
Görüşdə DEM Partiyasının Van millət vəkili Pervin Buldan, DEM Partiyasının Şanlıurfa millət vəkili Mithat Sancar, MİT rəhbəri İbrahim Kalın və AK Partiyanın sədri müavini Əfqan Ala iştirak edir.
Qeyd edək ki, bu, Türkiyə dövlət başçısının DEM Partiya rəhbərləri ilə ikinci görüşüdür.
DEM Partiyasının rəhbərliyi İmralı adasında PKK lideri Abdullah Öcalanla danışıqlar aparıb.
Xatırladaq ki, bir müddət əvvəl PKK terror təşkilatının həbsdəki lideri Abdulla Ocalanın tərəfdarlarına çağırış edib. Öcalanın adından yayılan yazılı müraciətdə “Silahı yerə qoyun!” çağırışı yer alıb.
PKK lideri Abdullah Öcalan 26 ildir İmralı həbsxanasında saxlanılır. O, 1999-cu il fevralında Milli Kəşfiyyat Təşkilatının əməliyyatı nəticəsində Keniyada saxlanılıb və Türkiyəyə gətirilib. O, ölüm cəzasına məhkum edilsə də, hökm sonradan ömürlük həbs cəzası ilə əvəzlənib.
***
11:56
Kürd yönümlü DEM partiyasının nümayəndələri kürd hərbi-siyasi təşkilatı PKK-nın qurucusu Abdulla Öcalanla görüş keçirib.
Görüş 2,5 saat davam edib. Görüşdə Öcalan həll prosesinin yeni mərhələyə qədəm qoyduğunu vurğulayıb.
Partiya nümayəndələri onu da qeyd ediblər ki, prezident Ərdoğanla sabahkı görüş böyük əhəmiyyət kəsb edir və tarixi xarakter daşıyır.