Kobaxidze: Heç kim 72 yaşlı qadını həbsə atmaq istəmir
Gürcüstanın Baş naziri İrakli Kobaxidze keçmiş prezident Salome Zurabişvilinin aqibəti haqda

Gürcüstanın baş naziri İrakli Kobaxidze ölkə prezidentinin səlahiyyət müddətinin başa çatması və gələcək addımları şərh edib:
“Bəzi avropalı siyasətçilər deyirlər ki, dekabrın 29-na qədər çox şey baş verə bilər, amma sizi əmin edirəm ki, mühüm heç nə olmayacaq, Gürcüstanda “dərin dövlət” qalib gəlməyəcək, ekstremist müxalifət qalib gəlməyəcək. Ona görə də ekstremist müxalifətin, o cümlədən Salome Zurabişvilinin ciddi planları mütləq olmayacaq.
O, ayın 29-da istefa verməlidir, görək həyatına harda davam edəcək: dəmir barmaqlıqlar arxasında, yoxsa azadlıqda. "Düşünürəm ki, onun Cinayət Məcəlləsinin normalarını pozmamaq üçün kifayət qədər ehtiyatlılığı olacaq", - Kobaxidze deyib.
Gürcüstanın Baş naziri həmçinin bəyan edib: "Heç kim 72 yaşlı qadını həbsə atmaq istəmir, lakin bununla prezident iqamətgahında onunla birlikdə olacaq hər kəsi qınayacaq”.