XƏBƏRLƏR / Qonşular

Sankt-Peterburqda Putin və Paşinyan ayrıca görüşməyəcəklər

Bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib

Sankt-Peterburqda Putin və Paşinyan ayrıca görüşməyəcəklər
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Rusiya Prezidenti Vladimir Putinlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında ayrıca görüş olmayacaq.

    Bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

    Sankt-Peterburqda dekabrın 25-26-da keçiriləcək MDB liderlərinin qeyri-rəsmi sammiti və Avrasiya Ali İqtisadi Şurasının iclası çərçivəsində Putin-Paşinyan danışıqlarının keçirilib-keçirilməyəcəyi ilə bağlı sualı cavablandıran Kreml rəsmisi belə danışıqların planlaşdırılmadığını söyləyib.

    "Putin və Paşinyan arasında ayrıca görüş nəzərdə tutulmayıb, lakin lazım gələrsə, onların danışmaq imkanı olacaq" - deyə Peskov bildirib.