Ərdoğan Paşinyanla telefonla danıışdı
Ermənistan-Türkiyə münasibətləri və regional məsələlər müzakirə edilib
Türkiyə mətbuatı xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ermənistanın baş naziri Nikol Paşinyanla telefon danışığı aparıb.
Bildirilir ki, hər iki ölkə lideri “Ermənistan-Türkiyə münasibətləri və regional məsələləri” müzakirə ediblər.
Söhbət zamanı Paşinyan və Ərdoğan regionda uzunmüddətli sülh və sabitliyin bütün region ölkələrinin inkişafına və çiçəklənməsinə töhfə verəcəyini vurğulayıblar. Onlar bu istiqamətdə diplomatik səyləri davam etdirəcəklərini də qeyd ediblər.