XƏBƏRLƏR / Qonşular

Qaribaşvili Gürcüstanda hakim partiyanın sədri seçildi

Milyarder Bidzina İvanişvili deyib ki, "Baş nazir postundan getməyi Qaribaşvili özü istəyib"

Qaribaşvili Gürcüstanda hakim partiyanın sədri seçildi
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Gürcüstanın keçmiş baş naziri İrakli Qaribaşvilinin özü hökumət başçısı postunu tərk etmək arzusunu bildirib, bunu hakim “Gürcü arzusu - Demokratik Gürcüstan” partiyasının fəxri sədri və təsisçisi, milyarder Bidzina İvanişvili deyib. Bu barədə Gürcüstan mətbuatı məlumat yayıb.

    ***

    Fevralın 1-də Gürcüstanın hakim “Gürcü Arzusu-Demokratik Gürcüstan” partiyasının siyasi şurasının iclası keçirilib.

    Partiyanın “fəxri sədri” Bidzina İvanişvilinin də iştirak etdiyi iclasda ölkənin yeni baş naziri və partiyanın yeni sədri vəzifələrinə namizədlər barədə müzakirələr aparılıb. Partiyanın qurultayında isə yeni baş nazirin və partiyanın yeni sədrinin namizədlikləri təsdiqlənib.

    Məlumata görə, baş nazir vəzifəsinə partiyanın hazırki sədri İrakli Kobaxidzenin namizədliyi irəli sürülüb. 

    Yeni baş nazir hökumətin yeni tərkibini elan etməlidir. Gürcüstan parlamentinin növbəti həftə başlayacaq yaz sessiyasında baş nazirin və hökumətin yeni tərkibinin təsdiq olunacağı gözlənilir.

    Xatırladaq ki, Gürcüstanın Baş naziri İrakli Qaribaşvili yanvarın 29-da vəzifəsindən istefa verib.

    İrakli Qaribaşvili hakim “Gürcü Arzusu-Demokratik Gürcüstan” Partiyasının yeni sədri seçilib.

    Partiyanın bu gün keçirilən qurultayında təşkilati məsələyə baxılıb.

    Hakim partiyanın əvvəlki sədri İrakli Kobaxidze siyasi şurada İrakli Qaribaşvilinin namizədliyinin irəli sürüldüyünü bildirib. İ.Qaribaşvili açıq səsvermə ilə partiyanın yeni sədri seçilib.