Məsud Pezeşkianın Azərbaycana səfəri başa çatıb
İran Prezidentini Azərbaycanın mədəniyyət naziri Adil Kərimli yola salıb

İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkianın Azərbaycan Respublikasına səfəri iyulun 4-də başa çatıb.
Füzuli Beynəlxalq Hava Limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
İran Prezidenti Məsud Pezeşkianı Azərbaycanın mədəniyyət naziri Adil Kərimli və digər rəsmi şəxslər yola salıblar.