Paşinyan Rusiya tərəfdarlarına qarşı hücuma keçdi FOTO/VIDEO
"Ermənistan Elektrik Şəbəkələri"nin ofisində və bəzi fəalların evlərində axtarış gedir, parlamentdə dava düşüb YENILƏNİB

12:34
Ermənistan İstintaq Komitəsi eyni vaxtda 51 ünvanda genişmiqyaslı istintaq hərəkətləri həyata keçirir və axtarışlar aparır.
İstintaq materiallarına görə, bir sıra şirkətləri faktiki idarə edən şəxslər xüsusilə külli miqdarda çirkli pulların yuyulması, oğurluq və vergidən yayınma hallarına yol veriblər.
11 nəfər barəsində cinayət işi başlanması haqda qərar qəbul edilib. Onlardan 5-i həbs edilib, biri zaminə buraxılıb, biri saxlanılıb, daha 4-ü isə axtarışa verilib.
***
10:37
Ermənistan İstintaq Komitəsi "Ermənistan Elektrik Şəbəkələri"nin (EEŞ) ofisində “təcili istintaq hərəkətləri”nin aparıldığını təsdiqləyib.
İstintaq Komitəsinin mətbuat katibi Kima Avdalyan "SputnikARM"a açıqlamasında "İstintaq Komitəsinin İqtisadi Cinayətlərə Dair İşlər üzrə Baş İdarəsi və İrəvan İstintaq İdarəsində başlanmış cinayət işi çərçivəsində təxirəsalınmaz istintaq hərəkətləri həyata keçirilir. Yaxın vaxtlarda rəsmi açıqlama verəcəyik" deyib.
Ermənistan İstintaq Komitəsi EEŞ-in sahibi, Rusiya oliqarxı Samvel Karapetyanın qardaşı oğlu Narek Karapetyanın evində axtarışların aparıldığını təsdiqləyib
EEŞ-nın mətbuat katibi bildirib ki, İqtisadi Cinayətlərə və Qaçaqmalçılığa qarşı Baş İdarə və İrəvanın İstintaq İdarəsi tərəfindən başlanmış cinayət işi çərçivəsində təxirəsalınmaz istintaq hərəkətləri aparılır. Narek Karapetyan istintaq şöbəsinə aparılıb.
Bu arada, Ermənistan parlamenti "Hayastan" fraksiyasının deputatı Artur Sarkisyanın toxunulmazlığından məhrum edilməsi məsələsini müzakirə edir.
Artur Sarkisyan çıxışından sonra heç bir suala cavab verməyib, “Vətəndaş Müqaviləsi”nin hər şeyi həll etdiyini və onu deputat toxunulmazlığından məhrum edəcəyini bildirib.
Parlamentdə vəziyyət gərginləşib, deputatlar arasında dava düşüb. VİDEO