Ərdoğan Türkiyədə bir günlük matəm elan etdi
Bu, HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin şəhid olması ilə əlaqədardır
Avqustun 2-si Türkiyədə bir günlük matəm elan edilib.
Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “X”dəki hesabında imzaladığı qərarı bölüşüb.
“Fələstin davasına dəstəyimizi və fələstinli qardaşlarımızla həmrəyliyimizi nümayiş etdirmək üçün HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin şəhid olması ilə əlaqədar 1 günlük milli matəm elan edildi”, - Ərdoğan sosial şəbəkə hesabında yazıb.