XƏBƏRLƏR / Qonşular

İstanbulda terrora hazırlaşan İŞİD-çi saxlanıldı

Bu barədə "TRT Haber" xəbər verir

İstanbulda terrora hazırlaşan İŞİD-çi saxlanıldı
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Türkiyənin İstanbul şəhərində daha bir İŞİD terrorçusu saxlanılıb.

    "TRT Haber" xəbər verir ki, əməliyyat İstanbul Polisinin terrorçuluqla mübarizə şöbəsi tərəfindən həyata keçirilib.

    Saxlanılan şəxsin yeni terror aktına hazırlaşdığı üzə çıxıb.

    İstanbulun Bahçelievler rayonunda ələ keçirilən terrorçunun ünvanında axtarış zamanı tapança və dolu güllə daraqları aşkar edilərək götürülüb.