XƏBƏRLƏR / Qonşular

Ermənistanda hakimiyyəti zorla ələ keçirməyə cəhd ediblər

Bu barədə Ermənistan Milli Təhlükəsizlik Xidməti məlumat yayıb

Ermənistanda hakimiyyəti zorla ələ keçirməyə cəhd ediblər
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Ermənistanda hakimiyyətin zorakılıqla ələ keçirilməsinə cəhd olub.

    Bu barədə Ermənistan Milli Təhlükəsizlik Xidməti məlumat yayıb.

    Məlumata görə, “Hərbi Vətənpərvər Səlibçilər” QHT-nin üzvləri S.H., K.D., D.T., V.M., M.M., G.N., A.A., həmçinin A.B. və digər şəxslər hökumət əleyhinə fikirlərə malik olan, Ermənistan Respublikası hökumətinin üzvlərinə və başçısına qarşı ideoloji düşmənçilik mövqeyinə malik olmaqla, həyat və sağlamlıq üçün təhlükəli olan zorakılıq tətbiq etməklə, əllərində olan silah və sursatlardan istifadə edərək hakimiyyəti ələ keçirməyə razılaşıblar. Onlar o cümlədən, Ermənistan Respublikası hökumətinin səlahiyyətlərini Konstitusiyada nəzərdə tutulmayan başqa üsulla ələ keçirmək niyyətində olublar.