Ermənistanda mülki şəxslər hərbi hissəyə hücum edib
Bu barədə Ermənistan İstintaq Komitəsi məlumat yayıb
Ermənistanda mülki şəxslər hərbi hissəyə hücum edib.
Bu barədə Ermənistan İstintaq Komitəsi məlumat yayıb.
Bildirilib ki, insident Müdafiə Nazirliyinin Sisiandakı hərbi hissələrindən birində baş verib. Keçid məntəqəsinin qapısında vətəndaşlar iki hərbçi ilə münaqişəyə girərək onları vurub və qaz tapançasından havaya atəş açıblar.
İstintaq Komitəsi üç nəfərin həbs edildiyini açıqlayıb.
Qeyd olunub ki, üç yerli sakin Ermənistan Cinayət Məcəlləsinin bir sıra maddələri ilə ittiham olunaraq həbs edilib.