Ermənistan prezidenti Vahaqn Xaçaturyan Gürcüstana gəlib
Gürcüstan Prezidenti Mixeil Kavelaşvil erməni həmkarı ilə görüşüb YENILƏNİB/FOTO
14:42
Gürcüstan Cənubi Qafqazda sülhün və sabitliyin qorunmasına töhfə verməyə hazırdır.
Gürcüstan Prezidenti Mixeil Kavelaşvili bunu Tbilisidə səfərdə olan erməni həmkarı Vahaqn Xaçaturyanla görüşündə bildirib.
Görüş zamanı tərəflər ikitərəfli münasibətləri və müxtəlif sahələrdə əməkdaşlıq perspektivlərini müzakirə ediblər və sürətlə dəyişən beynəlxalq nizam şəraitində regionda sülhün və sabitliyin qorunmasının vacibliyini vurğulayıblar.
***
16:45
Ermənistan prezidenti Vahaqn Xaçaturyan rəsmi səfərlə Gürcüstana gəlib.

Tbilisi Beynəlxalq Hava Limanında prezidenti Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili, Gürcüstan Prezidentinin Administrasiyasının rəhbəri Ketevan Kvinikadze və Gürcüstanın Ermənistandakı səfiri Giorgi Şarvaşidze qarşılayıblar.

Səfəri zamanı Vahaqn Xaçaturyan Gürcüstan Prezidenti Mixeil Kavelaşvili, Baş nazir İrakli Kobaxidze və Gürcüstan Parlamentinin sədri Şalva Papuaşvili ilə görüşəcək.
1 dəqiqə