İbrahim Rəisi Rəcəb Tayyib Ərdoğanla telefonla danışıb
İran Pezidentinin Türkiyəyə bu günkü səfəri gözlənilmədən təxirə salınıb
İran prezidenti İbrahim Rəisi ilə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub.
Bu barədə İran prezidentinin saytında məlumat verilib.
Söhbət zamanı Rəisi deyib ki, İran və Türkiyənin birgə əməkdaşlığı müsəlman ölkələri arasında qarşılıqlı fəaliyyət üçün bir model ola bilər.
Rəisi əlavə edib ki, Qəzzə xalqı Qəzzanın gələcəyi ilə bağlı HƏMAS vasitəsilə qərar verməlidir. ABŞ-ın müdaxilə etmək və qərar qəbul etmək hüququ yoxdur. ABŞ-ın müdaxiləsi uğursuzluğa məhkumdur.
Tehran və Ankara arasında yaxşı və konstruktiv münasibətlərə toxunan Ərdoğan bu münasibətləri müstəsna səviyyəyə çatdırmaq üçün səylərini vurğulayıb.
O, ölkəsinin iki ölkənin Ali Əməkdaşlıq Şurasının iclasına ev sahibliyi etməyə hazır olduğunu da bildirib.