XƏBƏRLƏR / Qonşular

Ermənistan əsir və itkinlərinin sayını açıqladı

Ermənistan Nazirlər Kabinetinə görə, hazırda Azərbaycan tərəfində 23 nəfər saxlanılır

Ermənistan əsir və itkinlərinin sayını açıqladı
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Ermənistan tərəfi Azərbaycanda saxlanılan erməni əsirlərin sayı barədə məlumat açıqlayıb.

    Bu barədə Ermənistan Nazirlər Kabinetinin 2023-cü il üçün (2021-2026-cı illər) dövlət proqramının icrasının gedişi və nəticələri haqqında hesabatda bildirilib.

    Qeyd edilib ki, 2023-cü ilin 19-20 sentyabr tarixlərində keçrilən antitteror tədbirləri zamanı guya 16 nəfər Azərbaycana əsir düşüb.

    Ermənistan Nazirlər Kabinetinə görə, hazırda Azərbaycan tərəfində 23 nəfər saxlanılır.

    Rəsmi İrəvanın iddiasına görə, 2020-ci ildə baş vermiş 44 günlük müharibədən indiyədək Ermənistandan və Qarabağdan olan 215 erməni itkin düşüb və onların taleyi naməlum olaraq qalır. 

    Ermənistan Nazirlər Kabinetinin hesabatına görə, Birinci Qarabağ müharibəsi nəticəsində 777 erməni itkin düşüb.