İran uranı daha sürətlə zənginləşdirməyə başlayıb FOTO
Bu barədə parlamentin sədri Məhəmməd Bağır Qalibaf məlumat verib
İran uranın zənginləşdirilməsi üçün yeni qabaqcıl sentrifuqaları işə salıb.
Press TV xəbər verir ki, bu barədə parlamentin sədri Məhəmməd Bağır Qalibaf məlumat verib.
Onun sözlərinə görə, İran hakimiyyəti bu yaxınlarda MAQATE-nin Rəhbərlər Şurasının iclasında İran əleyhinə qətnamənin qəbul edilməsinə cavab olaraq bu addımı atıb.
“İranın cavabı qarşılıqlılıq prinsipinə əsaslanır, çünki MAQATE-nin Rəhbərlər Şurası ədalətsiz siyasi məqsədlər üçün istifadə edilib."