Ermənistanda etirazçılar İrəvan-Martuni yolunu bağlayıblar
Bu dəfə işçi miqrantlar ölkə hüdudlarından kənarda qazandıqları verginin tətbiqinə etiraz edirlər
Etirazçılar Ermənistanda əsas magistrallardan birini bağlayıblar
Ermənistanı tərk edən işçi miqrantlar ölkə hüdudlarından kənarda qazandıqları verginin tətbiqinə etiraz edərək İrəvan-Martuni yolunu bağlayıblar.
Etirazçılardan biri deyir: "Biz işlədiyimiz ölkələrdə vergi ödəyirik. Onlar da burada bizdən vergi almaq istəyirlər. Bu, heç bir məqsədə uyğun gəlmir".
Etirazçılar hələ də yolu açmayıb.