Yuxarı Lars yolunda ermənilərin 1700 maşını yığışıb
Bu barədə "Sputnik Armenia" xəbər verir
"Sərhədin Gürcüstan və Rusiya tərəflərində - Yuxarı Lars yolunda 1700-dən çox Ermənistan mənşəli yük maşını keçmək üçün gözləyir".
Bu barədə Ermənistanın Rusiya Federasiyasındakı səfirliyinin gömrük attaşesi Vahan Akopyan məlumat verib.
“Gürcüstan ərazisində 800-ə yaxın, Rusiyadan isə 900 maşın gözləyir”, - Akopyan qeyd edib.
Xatırladaq ki, artıq bir neçə gündür Ermənistanın yük maşınları fitosanitar normaların pozulması əsas gətirilərək Yuxarı Lars keçid məntəqəsində gözlədilir.