Paşinyan Qaregini devirmək üçün əməli addımlara keçdi
Bu barədə erməni mediası məlumat yayıb
17:00
Erməni katolikosu II Qaregin Baş nazir Nikol Paşinyanın və "üsyançı" yepiskopların erməni kisəsində islahat aparmaq cəhdlərini pisləyib.
Bəyanatda deyilir:
"Baş nazirin Kilsənin daxili həyatını tənzimləmək və yeniləmək bəhanəsi ilə etdiyi hərəkətlər ölkə Konstitusiyasını və həm beynəlxalq hüquqda, həm də Ermənistan qanunvericiliyində təsbit olunmuş Kilsənin hüquqlarını pozur".
Paşinyanla II Qaregin arasında qarşıdurma get-gedə kəskinləşir.
***
13:29
Ermənistanın Baş naziri Nikol Paşinyan 10 yüksək vəzifəli ruhanini öz iqamətgahında toplayıb.
Onlar birlikdə II Qareginin Erməni Apostol Kilsəsindən çıxarılması üçün yol xəritəsini müəyyən edən bəyanat imzalayıblar.
Baş nazir Nikol Paşinyan Müqəddəs Erməni Kilsəsinin arxiyepiskopları və yepiskopları ilə birgə bəyanatın mətnini dərc edib.
1 dəqiqədən az