Koçəryanın balaca oğlu Paşinyana: "Ğəl, ayaqqabımı çıxar"

Bu barədə "Sputnik Armenia" məlumat yayıb VİDEO

  • Oxuma müddəti:

    0 dəqiqə

  • Dünən təxminən beş saatlıq hökumət saatında Ermənistanın Baş naziri Nikol Paşinyan hərbi cani Robert Köçəryan və oğlu Sedrakın həbsi ilə bağlı məsələyə toxunub və yenə də onlar tərəfindən talan edilmiş əmlakları və milyonları deyib: "Niyə məndə milyonlar yoxdur, amma səndə var? Nə, sən ən ağıllısan, biz yox?".

    "Hesab edirəm ki, qanunda dəyişiklik edilməli və bu “25%-75%” seçimi ləğv edilməlidir. Qanunsuz əmlakın 100%-i müsadirə olunmalı, hətta qanunsuz yolla əldə edilmiş ayaqqabılar belə geri alınmalıdır" - baş nazir vurğulayıb.

    Köçəryanın oğlu, deputat Levon Köçəryan Ermənistanın Baş naziri Nikol Paşinyana əliboş qalmamağı və gəlib "son ayaqqabısını çıxarmağı" işarə edib.