XƏBƏRLƏR / Qonşular

İzmir sahillərində 74 qanunsuz miqrant saxlanılıb

Saxlanılanların 7-si uşaqdır

İzmir sahillərində 74 qanunsuz miqrant saxlanılıb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Türkiyənin İzmir şəhəri sahillərində 74 qanunsuz miqrant saxlanılıb.

    Bu barədə "TRT Haber" məlumat yayıb.

    Bildirilib ki, onlar şəhərin Dikili və Menderes səmtlərinə yaxın sahil zolağında rezin qayıqda hərəkət zamanı yaxalanıblar.

    Saxlanılanların 7-si uşaqdır.

    Sahil Təhlükəsizlik Komandanlığı qanunsuz miqrantları Miqrasiya İdarəsinə təhvil verib.