Türkiyə XİN-in Ermənistandakı seçkilərə münasibəti
Bu barədə Türkiyə xarici işlər nazirliyinin rəsmi saytında məlumat verilib
Türkiyə XİN-nin məlumatı:
"Ermənistanda keçirilən parlament seçkilərinin dinc və sakit bir mühitdə başa çatmasından məmnunuq.
Ümid edirik ki, Ermənistan seçkilərdən sonrakı dövrdə bölgədə sülh və normallaşma istiqamətində daha cəsarətli addımlar atacaq.
Türkiyə indiyə qədər etdiyi kimi, regional sabitliyə və rifaha töhfə verməyə davam edəcək."
1 dəqiqədən az