Konstitusiyada Müstəqillik Bəyannaməsinə istinad olmasın
Bu barədə Ermənistan Baş naziri Nikol Paşinyan İrəvanda keçirdiyi brifinqdə bildirib
Ermənistanın yeni Konstitusiyasında Müstəqillik Bəyannaməsinə istinad edilməməlidir.
Bu barədə Ermənistan Baş naziri Nikol Paşinyan bildirib.
Hökumət başçısı öz bəyanatını belə izah etdi: "Müstəqillik Bəyannaməsi münaqişə məntiqi üzərində qurulub. Biz münaqişə məntiqi ilə müstəqil dövlət qura bilmərik".

Ermənistanın yeni Konstitusiyasını mətni mart ayında dərc edilməlidir. Bu barədə ölkənin Ədliyyə naziri Srbuhi Qalyan fevralın əvvəlində söz vermişdi.
Qeyd edək ki, Müstəqillik Bəyannaməsində Azərbaycana qarşı ərazi iddiaları yer alır. Müstəqillik Bəyannamədə keçmiş Dağlıq Qarabağın Ermənistana birləşdirilməsinin zəruriliyi ilə bağlı bənd var.
Azərbaycan isə buna etiraz edir, Ermənistanla sülh sazişinin imzalanması üçün Konstitusiyada dəyişiklik edilməsini şərt kimi irəli sürür.
1 dəqiqədən az