XƏBƏRLƏR / Qonşular

"Yeni Konstitusiyasının mətni mart ayında hazır olacaq"

Bunu Ermənistanın Ədliyyə naziri Srbuhi Qalyan açıqlayıb

"Yeni Konstitusiyasının mətni mart ayında hazır olacaq"
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Ədliyyə naziri Srbuhi Qalyan çərşənbə günü keçirilən mətbuat konfransında Ermənistanın yeni Konstitusiyasının mətninin gələn ay hazır olacağını bildirib - Sputnik Armenia
    Onun sözlərinə görə, işin yekun icmalı mart ayına planlaşdırılıb və müəyyən edilmiş son tarix yenidən nəzərdən keçirilməyəcək.
    "İşimizin nəticələri mart ayında ümumiləşdiriləcək. Əvvəllər müəyyən edilmiş son tarixlərdən kənara çıxmayacağıq. O vaxta qədər mətn hazır olacaq və dərc edəcəyik", - deyə nazir vurğulayıb.
    Qalyan qeyd edib ki, yeni Konstitusiyanın mətninin tamamlanması nazirliyin prioritetlərindən biridir.

    Yeni Konstitusiya idarəetmə formasının dəyişməsini nəzərdə tutmur, Ermənistan parlament respublikası olaraq qalacaq.

    Nazirin sözlərinə görə, yeni konstitusiya üzrə referendum üçün dəqiq vaxt hələ müəyyən edilməyib.

    O qeyd edib ki, referendum iyun ayında keçiriləcək parlament seçkilərindən sonra baş tutacaq.

    Qeyd edək ki, Ermənistanın Baş naziri Nikol Paşinyan bu günün reallıqlarının yeni Konstitusiyanın qəbul edilməsini tələb etdiyini bildirib.