Gürcüstanın müdafiə naziri İrakli Çikovani Ermənistana gəlib
Səfərin məqsədi barədə xəbər verilmir
İyulun 12-də Gürcüstanın müdafiə naziri İrakli Çikovaninin başçılıq etdiyi nümayəndə heyəti Ermənistan Respublikasına rəsmi səfərə gəlib.
Müdafiə və regional təhlükəsizlik sahəsində Ermənistan-Gürcüstan əməkdaşlığı ilə bağlı məsələlər müzakirə edilib.
Görüşün sonunda müdafiə nazirləri Ermənistan Müdafiə Nazirliyi ilə Gürcüstan Müdafiə Nazirliyi arasında 2024-cü il üçün Əməkdaşlıq Planını imzalayıblar.
Qeyd edək ki, iyulun 15-dən 24-dək Ermənistanda erməni-amerikan “Eagle Partner 2024” (Qartal tərəfdaşı 2024) hərbi təlimləri bu ildən əvvəl ənənəvi olaraq Gürcüstanda keçirilb.
Rəsmi Tbilisinin "xarici agentlər" haqda qəbul etdiyi qanundan sonra ABŞ-Gürcüstan münasibətlərində soyuqluq yaranıb.