Hərbi cani Ohanyan deputat toxunulmazlığından məhrum edilib
O, Ermənistan parlamentində revanşıst müxalif “Hayastan” fraksiyasının rəhbəridir

Ermənistanın Baş prokuroru sabiq müdafiə naziri Seyran Ohanyanın deputat toxunulmazlığından məhrum edilməsi ilə bağlı parlamentə vəsatət təqdim edib.
Ermənistan mediası xəbər verir ki, müxalifət etiraz olaraq zalı tərk edib.
Qeyd edək ki, “Hayastan” fraksiyasının rəhbərinə qarşı cinayət işi 2010-2015-ci illərdə Qeqarkunik rayonunun Draxtik icmasında 10,5 min kvadratmetr torpaq sahəsinin qanunsuz mənimsənilməsindən gedir.
Ohanyan müdafiə naziri vəzifəsində çalışarkən torpağı mənimsəməkdə və büdcə hesabına malikanə tikməkdə ittiham olunur.