XƏBƏRLƏR / Qonşular

Ermənilər meyitlərini Ermənistana gətirməyi tələb edirlər

İrəvanda aksiya keçirilir

Ermənilər meyitlərini Ermənistana gətirməyi tələb edirlər
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • İrəvanda hökumət binası qarşısında Qarabağdan köçən ermənilərin təşkil etdiyi iki paralel aksiya keçirilir.

    Bir qrup Ermənistan hakimiyyətindən 2023-cü ilin sentyabrında Azərbaycanın antiterror əməliyyatı zamanı ölənlərin meyitlərinin eksqumasiya edilməsini və Ermənistana gətirilməsini tələb edir.

    Digər qrup isə Xankəndi-Əsgəran yolunda yanacaq çəninin partlaması nəticəsində itkin düşən 21 nəfərin taleyinə aydınlıq gətirməkdə israrlıdır.