Müctəba Xameneinin müraciəti yazılı formada yayıldı
Bu barədə İran televiziyaları xəbər verib
17:32
İranın yeni Ali Rəhbəri Ayətullah Müctəba Xamenei xalqa ilk müraciətini edib.
Onun müraciəti yazılı formada yayımlanıb.
Müctəba Xamenei bildirib ki, Hörmüz boğazı bağlı qalmalıdır.
Müctəba Xamenei “Hörmüz boğazının bağlı qalmasının düşmənə təzyiq vasitəsi olaraq davam etdirilməli olduğunu” bəyan edib.
“Biz qonşularla dostluğa inanırıq, yalnız hərbi bazaları hədəf alırıq və zərurət olduğunu üçün bunu davam etdirəcəyik”, - o qeyd edib.
İran hərbçilərinə təşəkkür edən Müctəba Xamenei xalqa birlik çağırışı edib, onları Qüds Günü yürüşündə iştiraka dəvət edib.
***
16:45
Ayətullah Müctəba Xamenei İranın yeni Ali Rəhbəri seçilməsindən sonra yaxın dəqiqələrdə xalqa ilk müraciətini edəcək.
Bu barədə İranın dövlət mediası məlumat yayıb.
Müraciətin hansı formada olacağı açıqlanmayıb.
“Ali Rəhbər Ayətullah Seyid Müctəba Xameneinin ilk mesajı bir neçə dəqiqədən sonra yayımlanacaq”, - məlumatda deyilir.
Bildirilib ki, "Yeddi mühüm bölmədən ibarət olan bu strateji mesajda inqilabın şəhid lideri, xalqın, silahlı qüvvələrin, icra orqanlarının və müqavimət cəbhəsinin rolu və vəzifələri, eləcə də region ölkələri və düşmənlərlə mübarizə ilə bağlı xüsusi məqamlar yer alır. Xəbərlər tamamlanmaq üzrədir..."
1 dəqiqə