XƏBƏRLƏR / Qonşular

Daşnaklar Sərdar Kılıcın İrəvana gəlməsinə etiraz edirlər

Azsaylı etirazçılar hökümət evinin qarşısına toplaşıblar

Daşnaklar Sərdar Kılıcın İrəvana gəlməsinə etiraz edirlər
  • Oxuma müddəti:

    1 dəqiqə

  • “Rədd etməyə yox deyək”: Türkiyə xüsusi nümayəndəsi Sərdar Kılıc və onun rəhbərlik etdiyi nümayəndə heyyətinin Ermənistana bugünkü səfərindən sonra İrəvanda etiraz mitinqi keçirilib.

    Təşəbbüskarlar – “Daşnaksütyun” partiyasının gənclər qanadının azsaylı nümayəndələri İrəvandakı Hökümət evinin qabağına yığışaraq, ölkə rəhbərliyinin sülh və münasibətlərin normallaşdırılması kursunu qüsurlu və antimilli hesab edirlər.

    Onlar xatırladırlar ki, Türkiyə Osmanlı İmperiyasında "erməni soyqırımını" inkar etməkdə davam edir, Ankara da Dağlıq Qarabağa təcavüzdə şərikdir.

    İştirakçılar bildirirlər ki, Türkiyə hakimiyyəti ilkin şərt olmadan Ermənistanla sərhədi açmağa hazır deyil.

    Ermənistanın Türkiyə ilə münasibətlərin normallaşdırılması üzrə xüsusi nümayəndəsi Ruben Rubinyan bu mitiqlə bağlı parlamentin iclasında daşnakların nümayındəsinə istehzayla sual verib:

    "Cənab Minasyan, siz bilmirsiz - mən burada (parlamentin) iclasına sədrlik edən bir vaxtda, “Daşnaksütyun” gənclər qolu niyə Hökumət binası qarşısında mənə etiraz edir? Onlarla əlaqəniz yoxdur ki? Onlara zəng edin, səhv yerə toplaşdıqlarını və bir neçə saat gecikdiklərini söyləyin."

    O qeyd edib ki, xüsusi nümayəndələr Ermənistan-Türkiyə normallaşma prosesini müzakirə edib.

    Rubinyanın sözlərinə görə, türkiyəli həmkarı Sərdar Kılıçla iki ölkə arasında münasibətlərin normallaşdırılmasını müzakirə ediblər.