İranın gizli nüvə obyekti aşkar olduğu iddia edildi
ABŞ-ın "Fox News" televiziyası nüvə silahı obyektinin peyk şəkillərini dərc edib

"Fox News" bir müxalif qrupun İranın əvvəllər məlum olmayan nüvə silahı obyektini əks etdirdiyini söylədiyi peyk şəkillərini dərc edib.
İranın şimalındakı Semnan əyalətində yerləşən yeni təyin olunmuş ərazi Tehranın artıq məlum olan nüvə obyektlərindən çox uzaqdadır.İran Milli Müqavimət Şurasının (NCRI) məlumatına görə, ölkə daxilindəki mənbələrdən alınan kəşfiyyat məlumatları 1000 hektardan çox ərazini əhatə edən nəhəng kompleksə işarə edir.
İran hakimiyyətinin “Göy qurşağı obyekti” adlandırdığı bu obyektin 10 ildən artıqdır ki, "Diba Energy Siba" adlı kimyəvi istehsal şirkəti kimi maskalanaraq fəaliyyət göstərdiyi bildirilir.
NCRI mənbələrinə görə, “Göy qurşağı obyekti”nin əsas funksiyası nüvə silahlarını təkmilləşdirmək üçün istifadə edilən radioaktiv izotop olan tritium çıxarmaqdır. Uranın zənginləşdirilməsindən fərqli olaraq, tritiumun praktiki olaraq heç bir dinc və ya kommersiya məqsədli istifadəsi yoxdur, bu da İranın nüvə ambisiyalarının yalnız enerji və ya mülki məqsədlərə yönəldiyi barədə uzun müddətdir davam edən iddialarını şübhə altına alır.
İranın xarici işlər naziri Abbas Əraqçi ölkədə gizli nüvə obyektinin olması ilə bağlı xəbərləri təkzib edib.