Putin TŞ-nın iclasında postsovet məkanını müzakirə edib
Bu barədə Kremlin mətbuat xidməti xəbər verir
Vladimir Putin bildirib ki, Rusiya MDB ölkələri ilə münasibətlərə daha çox diqqət yetirməlidir.
Təhlükəsizlik Şurasının üzvləri ilə operativ görüş zamanı o qeyd edib ki, bu mövzu Rusiya Federasiyası üçün xarici sahədə prioritet olaraq qalır.
***
Kremlin mətbuat xidməti xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putin Rusiya Təhlükəsizlik Şurasının iclasını keçirib.
İclasda ilk dəfə olaraq yeni vəzifədə keçmiş müdafiə naziri Sergey Şoyqu iştirak edib. Mayın 12-də Putin onu Nikolay Patruşevin yerinə Təhlükəsizlik Şurasının katibi təyin edib.
Kreml görüşün əsas mövzusunun “postsovet məkanında formalaşmış müstəqil dövlətlərlə münasibətlərin qurulması” olduğunu açıqlayıb.