XƏBƏRLƏR / Qonşular

İranda yanacaq böhranı yaranır

Yanacaq ehtiyatları bir neçə həftə ərzində tükənə bilər

İranda yanacaq böhranı yaranır
  • Oxuma müddəti:

    1 dəqiqə

  • İranın yanacaq ehtiyatları bir neçə həftə ərzində tükənə bilər - İran İnternational


    İran gündə təxminən 120 milyon litr benzin istehsal edir, 135 milyon litr isə istehlak edir və bu da 14-15 milyon litr kəsir yaradır.

    "Financial Times" qəzetinin məlumatına görə, Tehran yanacaqdoldurma məntəqələri hər nəqliyyat vasitəsinə 20 litrdən çox olmayan benzin limitini tətbiq edib.

    Bu kəsiri Rusiyadan idxalla kompensasiya etmək imkanı azalıb. Çatışmazlıq fonunda Tehranda yanacaqdoldurma məntəqələri bağlanır və növbələr artır.

    Hakimiyyət orqanları kvotaların azaldılmasını müzakirə edir, lakin potensial qiymət artımı səbəbindən daha çox etiraz aksiyalarından qorxur.

     İranda benzin istehlakı - Qiymətlər və Xüsusiyyətlər:

    Subsidiyalı Tarif: Ayda 60 litrlik kvota üzrə baza qiyməti litr üçün 15.000 (0,05 AZN) rialdır.

    Subsidiyalı qaldırılmış Tarıf: Ayda 70-80 litrlik kvota üzrə qiyməti litr üçün 30.000 (0,10 AZN) rialdır

    Son hədd Tarifi: Ayda 160 litrlik kvota üzrə qiyməti litr üçün 50.000 (0,16 AZN) rialdır

    Azad Tarif: Limitlər aşıldıqda, qiymət litr üçün 400 000-500 000 (0,50-0,60 AZN) rial təşkil edir

    Yanacaq Vəziyyəti: Ölkədə şiddətli inflyasiya və qıtlıq səbəbindən subsidiya sistemində islahat müzakirə olunur, lakin hakimiyyət orqanları hazırda sosial iğtişaşların qarşısını almaq üçün kəskin qiymət artımını dayandırır.