Köçəryan dövlət xəstəxanasından özəl klinikaya keçirilib?
"Sputnik Armenia" onun palatasının girişini Dövlət Təhlükəsizlik Xidməti əməkdaşlarının qoruması haqda görüntü yayıb
Ermənistan Milli Təhlükəsizlik Xidmətinin iki əməkdaşı Robert Koçaryanın "Nairi" Tibb Mərkəzindəki palatasının girişini qoruyur.
"Sputnik Amenia" xəbər verir ki, məhkəmə qərarı ilə iki ay müddətinə həbs edilən Robert Köçəryan dövlətə aid Qriqor Lusavoriç Tibb Mərkəzində saxlanılır.
Paşinyana yaxın olan Teleqram kanalları isə xəbər verirlər ki, Köçəryan özəl "Nairi" Tibb Mərkəzinə köçürülüb.
Qeyd edək ki, rəsmi məlumatlara görə "Nairi" Tibb Mərkəzinin sahibi Köçəryanın prezidentliyi zamanı səhiyyə naziri işləmiş Harutyun Kuşkyandır.
2004-cü ilin dekabrında Robert Köçəryan Tibb Mərkəzinin istifadəyə verilməsi mərasimində şəxsən iştirak edib. Köçəryan dəfələrlə orada tibbi yardım üçün müraciət edib və müayinə və ya müalicə kursu keçib.
1 dəqiqə