XƏBƏRLƏR / Qonşular

Ermənistan gələn il hərbi xərclərini 130 mln dollar artırır

Bu barədə Ermənistan hökumətinin bu gün keçirilən iclasında məlumat verilib

Ermənistan gələn il hərbi xərclərini 130 mln dollar artırır
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • 2027-ci ildə Ermənistan müdafiə xərclərini təxminən 130 milyon dollar artıracaq.

    Bu barədə Ermənistan hökumətinin bu gün keçirilən iclasında təsdiqlədiyi gələn il üçün dövlət büdcəsi layihəsində bildirilir.

    Bu, müdafiə xərclərini təxminən 1,7 milyard dollara çatdırır və bu məbləğ silahlı qüvvələrin şəxsi heyətinin saxlanılmasına, rabitə və avadanlıqların modernləşdirilməsinə, silah və sursat alınmasına, ərzaq və geyim formalarının təmin edilməsinə sərf olunacaq.

    Qeyd edək ki, Azərbaycanın 2027-ci ilin dövlət büdcəsində müdafiə və milli təhlükəsizlik xərcləri 58 milyon dollar artaraq 5,2 milyard dollar təşkil edəcək.