XƏBƏRLƏR / Qonşular

Növbəti delimitasiya haradan başlayacaq?

Erməni jurnalist Voskan Sarkisyan bu barədə sosial şəbəkədə yazıb

Növbəti delimitasiya haradan başlayacaq?
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Ermənistan və Azərbaycan arasında sərhədlərin delimitasiyası ilə bağlı yeni mərhələnin Ermənistan, Azərbaycan və Gürcüstan sərhədlərinin kəsişməsində baş tutacağı gözlənilir.

    Bu barədə erməni jurnalist Voskan Sarkisyan "Facebook"da yazıb..

    “Bu ərazi Noyemberyan icmasının Koğb və Berdavan adlı erməni kəndləri ilə həmsərhəddir.

    Tavuş sərhəd zonasında xidmət edən hərbçilər anonimlik şərti ilə bildiriblər ki, bu ərazidə delimitasiyaya hələ aprelin 15-də başlanmalı idi.

    Hərbçilərin sözlərinə görə, delimitasiya ləngiyir, çünki bu, ərazilərin Azərbaycana verilməsi ilə nəticələnəcək, erməni mövqeləri arxa plana keçəcək, yeni mövqelər qazılmayacaq və təchiz edilməyəcək.

    Sərhədçilər bildiriblər ki, delimitasiyanın yeni mərhələsi nəticəsində sərhəd xətti yaşayış məntəqələrimizə yaxınlaşacaq ki, bu da kəndlilərin torpaq əkib-becərməsini və mal-qara yetişdirməsini çətinləşdirəcək”, - Sarkisyan qeyd edib.

    Xatırladaq ki, 2025-ci il yanvarın 16-da baş nazir müavinləri Mher Qriqoryan və Şahin Mustafayevin rəhbərlik etdiyi komissiyaların növbəti iclasının yekunlarına əsasən, tərəflər sərhədin şimal hissəsindən - Ermənistan, Azərbaycan və Gürcüstan sərhədlərinin qovşağından cənuba - İran sərhədinə doğru irəliləməklə bir sıra delimitasiya işlərinə başlamaq barədə razılığa gəliblər.

    Hazırda Qazaxın Sofulu, Barxudarlı, Yuxarı Əskipara, Naxçıvanın Kərki kəndi işğal altındadır.