Mollalar “Traktor” klubunun qadın azarkeşlərinə təzyiq edir
Azad İran "Telegram" kanalı xəbər verir

GADTB xəbər verir ki, İran hökuməti Cənubi Azərbaycanın milli futbol komandası - “Traktor”un qələbəsindən sonra komandanın qadın tərəfdarlarına basqıları artırıb.
Bununla bağlı, cənublu vəkil Sina Yusifi özünün sosial media hesabında paylaşım edərək yazıb ki, ETTELAAT (Təhlükəsizlik və Kəşfiyyat) İdarəsinin məmurları “Traktor”un bəzi qadın azarkeşlərini məcburi hicab qaydalarına riayət edilməməsi və şüarlar səsləndirmək kimi bəhanələri ilə ETTELAAT İdarələrinə çağıraraq hədələyiblər.
Onun sözlərinə görə, bu şəxslərin bir neçəsi barəsində həbs qərarı çıxarılıb, ancaq saxlanılanların kimliyi və adları hələlik açıqlanmayıb.