XƏBƏRLƏR / Qonşular

Anna Akopyan Erməni kilsəsini aşağıladı

Nikol Paşinyanın həyat yoldaşı keşişləri uşaqbazlıqda ittiham edib

Anna Akopyan Erməni kilsəsini aşağıladı
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Ermənistanın baş naziri Nikol Paşinyan Erməni kilsəsini tənqid edərək, məbədlərin anbara çevrilməsi haqda gileylənib. Bundan sonra keşişlər və müxalıfət Paşinyanı tənqid atəşinə tutub.

    Bundan sonra Paşinyanın həyat yoldaşı sosial şəbəkədə erməni kilsəsini yerlə yeksan edib.

    Paylaşımda deyilir: "Ölkənin əsas pedofilləri bir "anbar" kəlməsindən dəli olublar. Təbii ki, belə də olmalı idi: axı anbarlar qara cübbəli dəlilərin həyatının qaranlıq küncləridir. Məhz anbarlarda o qədər pozğunluqlar baş verir ki, artıq mömin camaatın qəzəbinə belə səbəb olmur. Onlara çoxdan baş əymiş zavallı xalq ölkənin əsas çılğın murdarçılarını çiyinlərində daşıyır”, - Akopyan "Facebook" sosial şəbəkəsində yazıb..

    Bundan əvvəl Ermənistanın baş nazirinin ofisinin rəhbəri Arayik Arutyunyan sosial şəbəkədə erməni kilsələrinin real vəziyyətini nümayiş etdirən fotoşəkillər dərc edib. Görüntülər Paşinyanın “Ermənistanda kilsələrin əksəriyyəti tikinti tullantıları ilə dolu anbar kimi istifadə olunur” sözlərini təsdiqləmək üçün yayımlanıb.