Gürcüstanda müxalifət lideri həbs edilib
Bu barədə Gürcüstan mediası xəbər yayıb

Tbilisi Şəhər Məhkəməsi müxalif “Dəyişiklik üçün Koalisiya”nın lideri Nika Melianın barəsində həbs qərarı çıxarıb.
Məhkəmə dövlət ittihamçısının vəsatətini təmin edərək Melianın girov müqabilində azadlığa buraxılması qərarını həbs-qətimkan tədbiri ilə əvəzləyib.
Qeyd edək ki, Nika Meliaya qarşı Gürcüstan Cinayət Məcəlləsinin “Gürcüstan Parlamentinin Müvəqqəti İstintaq Komissiyasının çağırışına riayət etməmə” maddəsi ilə cinayət işi açılıb.