Qarabağ hərəkatının davam etmək cəhdlərinin qarşısı alınacaq
Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan deyib YENİLƏNİB
15:43
Paşinyan bildirib ki, Ermənistanda Qarabağ hərəkatını davam etdirmək üçün bütün cəhdlərin qarşısı alınacaq, çünki xalq artıq bu vizyona səs verib və seçkilərdə bu fikri rədd edib.
"Parlament zalında Qarabağ bayraqları qaldığı müddətcə, Ermənistanda bu hekayə davam etdiyi müddətcə əks istiqamətdə də davam edəcək.
Bunlar sadəcə qarşılıqlı şərtləndirici amillərdir. Bəyan edirəm ki, hakimiyyətdə qaldığımız və bu məsələdə aydın mövqe tutduğumuz müddətcə bunların heç birinin praktik əhəmiyyəti yoxdur və olmayacaq.
Seçkilərdən sonra Ermənistan xalqı bu mövqeyi bir daha təsdiqlədi və bu da sual doğurur: bəs niyə Qarabağ bayraqları hələ də parlament zalındadır?" - deyə Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib.
***
13:14
Hazırda hökumətdə kadr dəyişikliyi nəzərdə tutulmur.
Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan Nazirlər Kabinetinin iclasından sonra keçirdiyi brifinqdə deyib.
Bununla yanaşı, Baş nazir digər idarəetmə səviyyələrində yeni təyinatların olacağını açıqlayıb.
O, həmçinin bu gün Ermənistan parlamentinin spikerinin seçiləcəyini bildirib: “Spiker gizli səsvermə yolu ilə seçiləcək”.
Baş nazir mümkün təyinatlar və namizədlərlə bağlı əlavə təfərrüat verməyib.
1 dəqiqə